Xidmətlər və haqqımızda ətraflı məlumat əldə etmək üçün aşağıdakı düymələrlə keçid edə bilərsiniz
Bu bölmədə xəstəliklər və onların müalicə üsulları ilə tanış ola bilərsiniz
Penisin inkişafı cinsi yetişkənlik dövründə deyil, uşaqlıqdan başlayır. Körpəlik dövründə mikropenisi olan uşaqların cinsiyyət üzvü cinsi yetişkənlik dövründə inkişaf etsə də, ölçü olaraq daha kiçik olur.
Erkən boşalma kişilər arasında ən çox rast gəlinən, ancaq müalicə üçün həkimə ən az müraciət edilən mövzudur. Cinsi əlaqəyə girmədən və ya cinsi əlaqənin 1-ci dəqiqəsinə qədər olan boşalmalar erkən boşalma sayılır.
Kişi sonsuzluğunun müalicəsi onu yaradan səbəbə bağlıdır. Səbəbi tapıb diaqnozu qoyduqdan sonra müalicə taktikası seçilir.
Varikosele kişi sonsuzluğunun əsas səbəblərindən biridir. Sonsuzluq şikayəti ilə müraciət edən kişilərin 40%-də, ümumi populyasiyada 15-20% arasında varikosele rast gəlinir. Hərbi xidmətə gedənlərin 20%-də varikosele aşkarlanır.
Cinsi zəiflik penisin cinsi əlaqə üçün kifayət qədər sərtləşməməsidir. Penisin sərtləşməsi həm qan dövranı, həm əzələ sistemi, həm də sinir sisteminin hesabına vaş verir.
Bu məqalədə böyrəklərdə, sidik axarlarında, sidik kisəsində və sidik kanalında rast gəlinən daşlar, onların əlamətləri, müayinə və müalicəsi haqqında danışacağıq.
Məsləhətdir:
Əməliyyata ac qarına (qida və maye qəbul etmədən) gəlmək lazımdır.
Pasiyentlər üçün analizlərin verilmə qaydaları aşağıdakılardır:
Spermoqramma: 3-7 gün öncədən cinsi əlaqədə olmamaq, spirtli içki və dərman qəbul etməmək. Analiz steril qabda və 1 saat ərzində laboratoriyaya təhvil verilməlidir.
Sidik analizi: ümumi sidik analizi üçün ilk səhər sidiyi istifadə olunur. Sidik ifrazından 2 saat keçdikdən sonra da sidik ifrazını analizə qəbul etmək olar. Sidik yığmazdan əvvəl xarici cinsiyyət üzvləri su ilə yaxşı yuyulmalıdır. Steril qabda 1 saat ərzində laboratoriyaya təhvil verilməlidir.
Yaxma: minimum 3 saat ərzində sidiyə çıxmamaq, antibiotik qəbul edirsinizsə, 1 həftə öncədən dərman qəbulunu dayandırmalısınız. Spirtli içki qəbul etməmək lazımdır.
Qan analizi üçün lazım olan qaydalar: Əksər hallarda qan ac qarına verilir. Bu isə son qida qəbulundan ən azı 8 saat keçməyi deməkdir. Şirə, çay, qəhvə, spirtli içki qəbul etməmək lazımdır. Qan analizini vermədən əvvəl rentgen və USM, fizioterapiya prosedurlarından keçmək məsləhət görülmür.
Sizdən gələn suallar haqqında buradan məlumat əldə edə bilərsiniz. Səhifəmizdə hər dəfə yeni məlumatlar paylaşırıq. Səhifəmizi izləyərək yeniliklərdən xəbərdar ola bilərsiniz.
Dr. Seymur Mehtiyev. Uroloq-androloq. All rights reserved.