Penis böyütmə

Penisin ölçüsü kişilərin cinsi problemlərindən biri və demək olar ki, ən vacibidir. Cinsi orqanın uzatma, qalınlaşdırma və əyrilikləri ilə bağlı hər şey burada.

 Penisin inkişafı cinsi yetişkənlik dövründə deyil, uşaqlıqdan başlayır. Körpəlik dövründə mikropenisi olan uşaqların cinsiyyət üzvü cinsi yetişkənlik dövründə inkişaf etsə də, ölçü olaraq daha kiçik olur. Penisin ölçüsü fizioloji, genetik və irqi mənsubiyyətlərdən asılıdır. Bundan əlavə hormonal balans da penisin ölçüsünə təsir edir.

 Bəs normal penisin ölçüsü nə qədər olmalıdır? Penisin ideal ölçüsü demək çox düzgün olmaz. Şəxs ayaqda sidik ifraz edərkən çətinlik çəkmirsə, cinsi əlaqə zamanı problem yaşamırsa və partnyor məmnuniyyəti varsa, bu həmin şəxsin ideal penis ölçüsünə sahib olduğunu göstərir. Ümumilikdə, normal halda penisin ölçüsü 9 sm, ereksion vəziyyətində isə 13 sm-dən aşağı olması  kiçik ölçülü penis kimi qəbul edilir.

Penisin böyüdülməsi

 Burada penisin həm uzadılması, həm də qalınlaşdırılması nəzərdə tutulur.

 Bunlar iki fərqli əməliyyatlardır, xəstənin istəyinə uyğun olaraq ikisi də eyni anda və ya ayrı-ayrılıqda icra edilə bilər.

 Uzatma əməliyyatı penisi qarın divarına bağlayan suspansatuvar bağların sərbəstləşdirilməsi yolu ilə icra edilir. Bu zaman penisin görülməyən hissəsi üzə çıxır və 2-4 sm ölçüdə uzanma əldə edilir. 

Əksgöstərişlər:

  • Şəkərli diabetin ağır forması;
  • Onkologiya;
  • Zöhrəvi xəstəliklər;
  • Sidik-cinsiyyət sisteminin xroniki xəstəliklərinin kəskinləşməsi (prostatit, uretrit, sistit);
  • Genital herpes;
  • Penis üzərində xora və yaranın olması;
  • Qan laxtalanmasının pozulması;
  • Pasiyentdə psixi pozulmaların olması.

Qalınlaşdırma iki cür olur:

 Əməliyyatlı və əməliyyatsız. Əməliyyatla edilən qalınlaşdırmalar uzatma ilə eyni anda və ya xəstənin istəyinə görə təklikdə də icra edilə bilər. Qalınlaşdırma məqsədilə qarının alt divarında piy toxumasından əldə edilən piydən istifadə olunur ki (lipofilinq), bu daha uzunömürlüdür. 

 Penisin qalınlaşdırmasının daha bir üsulu dolğular vasitəsilə aparılır. Bu əməliyyatsız və narkozsuz üsuldur. Daimi deyil. Müəyyən vaxt keçdikdən sonra istifadə etdiyimiz dolğular sorularaq penisin qalınlığı azala bilər. 

Penis əyriliyi

 Peyroni cinsiyyət üzvünün həm anadangəlmə, həm də sonradan qazanılma əyriliklərinə verilən addır. Anadangəlmə səbəbləri cinsiyyət üzvünün bətndaxili inkişafı zamanı baş verən qüsurlara bağlı olaraq görülür. Sonradan qazanılan penis əyriliyinin səbəbləri müxtəlifdir. Bunlara yanlış edilmiş sünnətlər, penis nahiyyəsinə alınan travmaları və s. misal göstərə bilərik. Əyriliyin dərəcəsindən asıllı olaraq müalicə üsulu seçilir. Əyriliyin dərəcəsi azdırsa və xəstədə cinsi əlaqəyə mane olmursa, sadəcə psixoloji narahatlıq yaradırsa, bu halda ESWT və PRP prosedurları ilə əyriliyin artmaması üçün müalicəyə başlanılır. Lakin kəskin əyrilik varsa və bu əyrilik cinsi əlaqədə xəstəyə məhdudiyyət yaradırsa, bu, cərrahi üsulla müalicə edilməlidir.
 Cərrahi üsul – Nesbit əməliyyatı təxminən 1 saatlıq əməliyyat olub, problemi birdəfəlik həll edir. 1 gün klinikada qaldıqdan sonra xəstə evə göndərilir. Xəstə 2-3 günlük istirahətdən sonra gündəlik fəaliyyətlərinə qayıdır.

Bloq məqalələri

Bu bölmədə maraqlı və maarifləndirici məlumatlar əldə edə bilərsiniz

Penil protez

Cinsi zəiflik-penisin sərtləşməməsi və ya cinsi əlaqəyə girmədən yumşalmasıdır. Orqanik (altda yatan bir səbəb var)

Daha ətraflı

URS nədir?

URS (uretrorenoskopiya) –sidik kanalına(uretra), sidik axarlarına və böyrəyə ureteroskopla daxil olaraq,daşların parçalanması prosesidir. Əməliyyat anesteziya

Daha ətraflı