Xaya burulması (testis torsiyonu) nədir?

Xayanın öz ətrafında burulması damarların xayanın qan dövranını təmin edə bilmir. Buna xaya burulması və ya testis torsiyonu deyilir.

Xəstəliyin diaqnozu necə qoyulur?

Diaqnoz  müayinə və doppler ultrasonoqrafiya ilə aparılır. Gecikmiş hallarda diaqnoz qoyulmasında çətinlik ola bilər və testis sinteqrafiyası tələb oluna bilər.

Uşaqlarda  xaya burulması

Ən çox yeniyetmə  və ya  yeni doğulan uşaqlarda görülə bilər. Xüsusilə, uşaqlarda enməmiş xaya (kriptorxizm) diaqnozu qoyulubsa, xaya burulması riski daha yüksəkdir. 

Patologiyanın yaranmasına əsas səbəb xayanın xaya kisəsinin (xayalığın) dibinə anatomik olaraq zəif bağlanmasıdır. Bu səbəbdən xaya çox hərəkətli olur. Belə vəziyyətin səbəbi toxum ciyəsinin normadan uzun olması, birləşdirici toxumanın hipoplaziyası kimi xayalıq strukturunun anomaliyaları ola bilər.

Uşaqlarda xaya burulmasının digər səbəbləri aşağıdakılar ola bilər:

  • Xayalığın travması
  • Həddindən artıq fiziki hərəkətlər
  • Bədənin intensiv hərəkət etməsi (rəqs və idman zaman)
  • Dar paltar geyindikdə (məs., şalvar)
  • Kobud cinsi akt.

Bəzi hallarda burulmanın səbəbi qarın daxili təzyiqin kəskin artması ola bilər. Məsələn qəfil öskürmə, press edəndə, gücənmə və analoji əziyyətlər.

Xaya burulmasını hansı xəstəliklər  ilə  qarışdırmaq olmaz?

Aşağıdakı xəstəliklərlə qarışdırıla bilər:

  • Orxit (testis infeksiyası)
  • Epididimit (epididim adlanan testislərə ən yaxın sperma kanalının infeksiyası),
  • Apendikulyar testis torsionu
  • Əlavə epididim torsion

Bu dörd xəstəlik üçün heç bir cərrahi müdaxilə tələb olunmur, antibiotik müalicəsi və iltihab əleyhinə müalicə kifayətdir. Testikulyar burulma isə yalnız təcili cərrahiyyə müdaxiləsi ilə müalicə olunur. Diaqnozun dəqiq qoyulması vacibdir.

Valideynlər üçün tövsiyələr

Uşağınızın bezini dəyişdirərkən hər zaman şişlik və ya qızartının olub olmadığına diqqət yetirin. Əgər belə bir narahatçılıq varsa, mütləq həkimə müraciət edin.

Xaya burulması müalicə edilməsə nə kimi risklər baş verə bilər?

İlk 8 saatda diaqnoz qoyulmadıqda və cərrahi müalicə edilmədikdə qan dövr etmədiyi  üçün nekroz (çürük) ortaya çıxar.

Müalicə necə edilir?

Müalicədə təcili əməliyyat tətbiq olunur. Erkən tətbiq və ilk  8 saat ərzində cərrahi müdaxilə nəticəsində xaya burulmasını xayanın canlılığını itirmədən əvvəlki vəziyyətinə qaytarmaq mümkündür.

Ancaq diaqnoz dəqiq qoyulmadıqda və ya gecikmə olduqda burulmuş xaya itirilmiş hesab edilərək çıxarılacaq.

Bu səbəbdən erkən müdaxilə və təcrübəli həkimin dəqiq diaqnoz qoymağı vacibdir.

Sosial şəbəkələrdə mən

Facebook Instagram Youtube Whatsapp

Digər məqalələr

Xaya burulması (testis torsiyonu) nədir?

23 Noyabr 2022  14:59  Şərh edilməmiş

Xayanın öz ətrafında burulması damarların xayanın qan dövranını təmin edə

Daha ətraflı

Böyrək törəməsinin laparoskopik əməliyyatı necə edilir?

23 Noyabr 2022  14:58  Şərh edilməmiş

Böyrək şişlərinin müalicəsi xəstənin yaşına, ümumi sağlamlığına və şişin dərəcəsinə

Daha ətraflı

URS nədir?

23 Noyabr 2022  14:58  Şərh edilməmiş

URS (uretrorenoskopiya) – sidik kanalına (uretra) və böyrəyə uretrerenoskopla daxil

Daha ətraflı

Məqalələr üzrə axtarış

Sosial şəbəkələrdə biz

Digər məqalələr

URS nədir?

URS (uretrorenoskopiya) –sidik kanalına(uretra), sidik axarlarına və böyrəyə ureteroskopla daxil

Daha ətraflı