VARİKOSELİN MİKROCƏRRAHİ MÜALİCƏSİ

Varikosele xaya venalarının genişlənməsidir.

 Varikosele kişi sonsuzluğunun əsas səbəblərindən biridir. Sonsuzluq şikayəti ilə müraciət edən kişilərin 40%-də, ümumi populyasiyada 15-20% arasında varikosele rast gəlinir. Hərbi xidmətə gedənlərin 20%-də varikosele aşkarlanır.

 Varikosele kişilərdə ən çox rast gəlinən və mikroskopik cərrahiyyə ilə uğurla aradan qaldırılan sonsuzluq səbəbidir.

 Varikosele müalicə edilə bilən bir patologiyadır. Amma əllə müayinə edilən varikosellərin hamısı müalicə olunmur. Yalnız müəyyən əlamətlər kompleks şəkildə olduqda varikosel müalicə olunur. Uşaqlar və yeniyetmələrdə isə varikosel olan xayanın digərinə nisbətən 20% həcm itkisinin olması müalicəyə göstərişdir.

 Varikoselin dərman müalicəsi yoxdur, yalnız cərrahi yolla müalicə olunur. Bu günə qədər bir neçə cərrahi üsullardan istifadə edilmişdir, lakin son illərdə dünyanın qəbul etdiyi mikroskopik əməliyyat 99%-ə qədər hallarda effektlidir. Varikosel mikrocərrahiyyə təcrübəsi olan uroloq-androloq tərəfindən aparılmalıdır.

 Qasıq nahiyəsində kiçik bir kəsiklə əməliyyata başlanılır, 8 dəfə böyütmə qabiliyyətinə malik mikroskop altında genişlənmiş damarlar bağlanılır. Əməliyyatdan sonra iki günlük istirahət və bir müddət cinsi əlaqədən qorunma kifayət edir. Əməliyyatdan 3 ay sonra ilk spermaqrammanın, 6 ay sonra 2-ci analizin verilməsi tövsiyə olunur. Hamiləliklərin böyük əksəriyyəti əməliyyatdan 5-6 həftə sonra olur.

Bloq məqalələri

Bu bölmədə maraqlı və maarifləndirici məlumatlar əldə edə bilərsiniz

Penil protez

Cinsi zəiflik-penisin sərtləşməməsi və ya cinsi əlaqəyə girmədən yumşalmasıdır. Orqanik (altda yatan bir səbəb var)

Daha ətraflı

URS nədir?

URS (uretrorenoskopiya) –sidik kanalına(uretra), sidik axarlarına və böyrəyə ureteroskopla daxil olaraq,daşların parçalanması prosesidir. Əməliyyat anesteziya

Daha ətraflı