Haqqımızda

Seymur Mehtiyev – uroloq-androloq, cərrah.

 Azərbaycan Tibb Universitetini müvəffəqiyyətlə bitirən Dr. Seymur Mehtiyev uroloq-androloq ixtisası üzrə çalışdıqdan sonra öz ixtisasını daha da təkmilləşdirmək üçün İstanbul Universitetinin Tibb fakültəsinin Urologiya-Andrologiya kafedrasında fəaliyyət göstərmişdir.

 Türkiyədə bir çox xəstəxana və klinikalarda həm terapevtik, həm də ən yeni üsullarla cərrahi müdaxilələrdə yaxından iştirak etmiş və nailiyyətlər qazanmışdır.

 Avropa Uroloqlar Cəmiyyətinin, Türkiyə Uroloqlar Cəmiyyətinin və Türkiyə Androloqlar Cəmiyyətinin həqiqi üzvü olan Dr. Seymur Mehtiyev İspaniya, Çexiya və Almaniya kimi ölkələrdə keçirilən elmi konfranslarda iştirak etmiş və məruzələr hazırlamışdır. 2012-ci ildə ABŞ-ın Cleveland Universitetində Endourologiya üzrə müşahidəçi olmuşdur.

 Namizədlik dissertasiyası üzərində işləyir. Azərbaycan, ingilis, türk, rus dillərini bilir.

 Dr. Seymur Mehtiyev Bakının bir neçə səhiyyə müəssisələrində çalışmış, topladığı təcrübələr sayəsində böyük nailiyyətlər qazanmışdır. 2015-2016-cı illərdə Real Hospitalda Uroloq-Androloq, eyni zamanda bu klinikanın baş həkimi, 2016-2018-ci illərdə Grand Hospitalda uroloq-androloq vəzifəsində çalışmışdır. Hal-hazırda fəaliyyətini Funda Hospitalında uroloq-androloq cərrah kimi uğurla davam etdirməkdədir.

 Dr. Seymur Mehtiyev 2015-ci ildə Fransanın məşhur Medipol Hospitalında böyrək daşlarının Flexible lazerlə müalicəsi kursunda iştirak etmiş, birbaşa canlı böyrək daşı əməliyyatlarını həyata keçirmişdir.

 2017-ci ildə Rusiyanın Moskva və 2018-ci ildə Hollandiyanın Amsterdam şəhərlərində beynəlxalq tibbi konfranslarda iştirak etmiş, Endourologiya üzrə son yenilikləri öyrənmişdir.

 Oper.Dr. Seymur Mehtiyev həmin ilin sentyabr ayında  İstanbulda, Türkiyə Endouroloji dərnəyinin həyata  keçirdiyi “1e1 Yerində Canlı Laparoskopi”  kursunda iştirak etmişdir.

 Laparoskopiyada müasir üsul əməliyyatlarının tətbiqi ilə məşğul olan həkimlərlə birlikdə həyata keçirilən əməliyyatlarda təcrübəsini artıran Seymur Mehtiyev laparoskopik böyrək əməliyyatlarını ölkəmizdə gerçəkləşdirməkdədir.

 2019-cu il may ayında Çexiyanın paytaxtı Praqada “Böyrək daşlarının endoskopik müalicəsi ” kursunda iştirak etmişdir.

 Bu illərdə daima Avropada beynəlxalq konqreslərdə və kurslarda iştirak edir. Qazanılan yeni təcrübəni müvəffəqiyyətlə ölkəmizdə tətbiq etməkdədir.

 2022-ci il iyul ayında Türkiyədə erkən boşalmanın dolğu ilə müalicəsi kursunda iştirak etmişdir. 

 2022-ci il sentyabr ayında penis böyütmə (qalınlaşdırma və uzatma) canlı cərrahiyyə kursunda iştirak etmişdir.

Bloq məqalələri

Bu bölmədə maraqlı və maarifləndirici məlumatlar əldə edə bilərsiniz

Penil protez

Cinsi zəiflik-penisin sərtləşməməsi və ya cinsi əlaqəyə girmədən yumşalmasıdır. Orqanik (altda yatan bir səbəb var)

Daha ətraflı

URS nədir?

URS (uretrorenoskopiya) –sidik kanalına(uretra), sidik axarlarına və böyrəyə ureteroskopla daxil olaraq,daşların parçalanması prosesidir. Əməliyyat anesteziya

Daha ətraflı