Penil protez
Cinsi zəiflik-penisin sərtləşməməsi və ya cinsi əlaqəyə girmədən yumşalmasıdır. Orqanik (altda yatan bir səbəb var)
Cinsi zəiflik nədir?
Cinsi zəiflik penisin cinsi əlaqə üçün kifayət qədər sərtləşməməsidir. Penisin sərtləşməsi həm qan dövranı, həm əzələ sistemi, həm də sinir sisteminin hesabına baş verir.
Kimlərdə daha çox görülür?
İndiki dövrdə, ümumiyyətlə, cinsi zəiflik həm artıb, həm də daha erkən yaşlarda görülməyə başlayıb.
Müalicəsi mümkündürmü və hansı müalicə üsulları var?
Əlbəttə ki, mümkündür. Əvvəllər müalicəsində dərmanlardan istifadə edilən bu xəstəliyin müasir dövrdə yeni müalicə üsulları var. Belə ki, dərman müalicəsi müvəqqəti müalicə sayılır və təsiri qısa müddətlidir. Uzunmüddət dərman istifadəsində xəstə məmnuniyyəti aşağıdır.
Müasir müalicə üsulları hansılardır?
ED ESWT – şok dalğa terapiyasıdır. Gündəlik, ağrısız prosedur olub, 10-15 dəqiqə çəkir. Penisin qan dövranını yaxşılaşdırmaqla cinsi zəifliyi müalicə edir.
PRP (P-shot)-(Platelet rich plasma) – xəstənin öz qanından istifadə edilən təbii prosedurdur. Qanın plazması ayrılaraq cinsiyyət üzvünə vurulur. 30-40 dəqiqə çəkən ağrısız prosedurdur.
Kök hüceyrə (stem cell (SVF)) terapiyası – 1-1.5 saat vaxt tələb olunur. Əməliyyat deyil, buna görə də narkoz riskləri yoxdur. Yerli keyləşdirmə altında qarından alınan piydən əldə olunan kök hüceyrələri cinsiyyət üzvünə vurulur.
Bu müalicə üsullarının üstünlükləri nələrdir?
Gündəlik prosedur olması, xəstəxanada yatışa ehtiyac olmaması, yerli keyləşdirmə ilə edilməsi, həkimin tam nəzarəti altında edilməsi bu müalicə üsullarının üstünlükləridir. Bir digər üstünlüyü şikayəti gündəlik yox etməsi deyil, orqanda qan dövranını, sinir sistemini və əzələləri bərpa etməsidir.
Penil protez
Cinsi zəiflik – penisin sərtləşməməsi və ya cinsi əlaqəyə girmədən yumşalmasıdır. Orqanik (altda yatan bir səbəb var) və psixoloji (səbəbi məlum deyil) olur. Psixoloji cinsi zəiflik anidən yaranır və yox olur. Orqanik səbəblərdən yaranan cinsi zəiflik isə tədricən yaranır və müalicəsiz keçmir.
Cinsi zəifliyə səbəb olan faktorlar çoxdur:
Cinsi zəifliyin müalicəsində müxtəlif üsullardan istifadə edilir. Bunlara dərman müalicəsi, ESWT, PRP aiddir. Bu müalicə üsulları vasitəsilə düzəlməyən və ciddi qidalanma pozğunluğu olan cinsi zəifliklərdə və ya digər müalicə üsullarını istifadə edə bilmədiyimiz xəstələrdə penis protezi cərrahi üsulundan istifadə edirik.
Penis protezlərinin müxtəlif növləri var. Ən çox istifadə edilən növü 3 parçalı protezlərdir. İstifadəsinin rahat olması, cinsi əlaqə sonrası penisin yumşalması, ömürlük olması ən böyük üstünlükləridir.
Əməliyyat müddəti 1,5 -2 saat çəkir. Protez cinsiyyət üzvünün daxilinə yerləşdirilir. Kənardan heç bir görüntü pozğunluğu olmur. Uzun müddət davam edən cinsi zəifliklərdə cinsiyyət üzvündə qısalma və qalınlığının azalması görülür. Protez əməliyyatının erkən edilməsi bu qısalmanın davam etməsinin qarşısı alır.
Ən çox verilən suallardan biri şəkərli diabet xəstələrində bu əməliyyatı etmək mümkündürmü? 1-ci tip şəkərli diabeti olan və insulin qəbul edən xəstələrdə kapilyarların (ən xırda damarların) zədələnməsi daha çox görülür və bu xəstələrdə cinsi zəiflik erkən yaşlarda görülür. Bu xəstələrdə dərman müalicəsi daha az effektli olur. Penis protez əməliyyatı bu xəstələrdə cinsi zəifliyin birdəfəlik həllidir və xəstə məmnuniyyəti yüksəkdir. Düzdür, şəkərli diabeti olan xəstələrdə infeksiyon proseslərin görülmə ehtimalı daha çoxdur, amma düzgün qaydada edilməsi və bütün tədbirlərin görülməsi bu riski minimuma endirir.
Bu bölmədə maraqlı və maarifləndirici məlumatlar əldə edə bilərsiniz
Cinsi zəiflik-penisin sərtləşməməsi və ya cinsi əlaqəyə girmədən yumşalmasıdır. Orqanik (altda yatan bir səbəb var)
Penis böyütmə əməliyyatı haqqında yazmamışdan öncə bizə xəstələr tərəfindən ən çox verilən bir neçə sualı
Xayanın öz ətrafında burulması damarların xayanın qan dövranını təmin edə bilmir. Buna xaya burulması və
URS (uretrorenoskopiya) –sidik kanalına(uretra), sidik axarlarına və böyrəyə ureteroskopla daxil olaraq,daşların parçalanması prosesidir. Əməliyyat anesteziya
Sizdən gələn suallar haqqında buradan məlumat əldə edə bilərsiniz. Səhifəmizdə hər dəfə yeni məlumatlar paylaşırıq. Səhifəmizi izləyərək yeniliklərdən xəbərdar ola bilərsiniz.
Dr. Seymur Mehtiyev. Uroloq-androloq. All rights reserved.