Kişi sonsuzluğunun müalicəsi

Kişi sonsuzluğunun müalicəsi onu yaradan səbəbə bağlıdır. Səbəbi tapıb diaqnozu qoyduqdan sonra müalicə taktikası seçilir.

Sonsuzluq nədir?

1 il müddətində qorunmasız cinsi əlaqədən sonra hamiləliyin olmaması sonsuzluq kimi qəbul edilir. Səbəb hər iki şəxs də ola bilər. Burada kişi sonsuzluğu və onun səbəbləri haqqında danışacağıq.

İdiopatik sonsuzluq (səbəbi məlum olmayan)
31%
Varikosel – keçid varikosel səhifəsinə
15.6%
Hipoqonadizm
8.9%
Urogenital infeksiyalar
8%
Enməmiş xayalar (kriptorxizm)
7.8%
Seksual və sperma depolanmasının pozulması
5.9%
İmmunoloji sonsuzluq
4.5%
Sistem xəstəlikləri
3.1%
Obstruksiyalar
1.7%
Digər faktorlar
5.5%

Sonsuzluğa səbəb olar hallar aşağıdakılardır

Varikosele

 Bildiyimiz kimi, xayalar bədən temperaturuna nisbətən  daha aşağı temperaturda fəaliyyət göstərən orqanlardır. Elə buna görə də onlar bədən boşluqlarında deyil, kənarda yerləşirlər. İsti mühitdə qalan xayaların funksiyası pozulur və yaranan spermada həm kəmiyyət, həm də keyfiyyət pozğunluqları görülür. Varikosele xaya venalarının genişlənməsidir. Genişlənmiş venalarda yığılıb qalan qan burada temperaturun artmasına və nəticədə sonsuzluğa səbəb olur.  

 Lakin bütün varikosellər zamanı sonsuzluq görülmür. Hər xəstəyə fərdi yanaşılır. Burada onların yaşı, varikoselenin dərəcəsi, sperma analizinin nəticəsi nəzərə alınaraq müalicə üsulu seçilir. Onu da qeyd edək ki, varikoselenin müalicəsi yanlız cərrahi yolla aparılır. Qasıq nahiyyəsində aparılan 2 sm ölçüdə kəsikdən daxil olaraq mikroskop altında genişlənmiş venalar bağlanılır. Qısa sağalma və iş fəaliyyətinin bərpası dövrünün olması və yenidən varikoselenin görülmə ehtimalının minimun olması (praktikamızda görülməyib) mikroskopik varikselektomiyanın üstünlükləridir.

İnfeksiyalar

 Bəzi infeksiyalar həm spermanın yaranmasına, həm də spermanın axınına mane ola bilər. Chlamidiya, gonoreya kimi cinsi infeksiyalar, prostat iltihabı xəstəlikləri, qulaqdibi (Parotid) xəstəliyindən sonra görülən xaya infeksiyalarından sonra görülür.

Kriptorxizm(enməmiş xaya)

 Uşaqlarda görülən kriptorxizmlər vaxtında müalicə olunmadıqda gələcəkdə sonsuzluğa səbəb olur.

Spermanın eyakulyasiya pozğunluqları

Retrograd eyakulyasiya

 Cinsi əlaqə zamanı spermanın penisə yox sidik kisəsinə boşalmasıdır. Buna müxtəlif xəstəliklər səbəb olur. Bunlara şəkərli diabet, onurğa yaralanmaları, sidik kisəsində və prostatda aparılan əməliyyatlar aiddir.

Hormonal pozğunluqlar

 Səbəbləri müxtəlif olur. Xayalıqda olan problemlər, genetik xəstəliklər, törəmələr və s. zamanı  görülür.

Genetik xəstəlilər

 Bunlara  Klinefelter sindromu, Kallman sindromu, Kartagener sindromu və s. aiddir.

 Bunlardan əlavə zərərli vərdişlər, bəzi dərmanlar, həyat tərzi, kimyəvi maddələrlə iş, uzun müddət isti mühitdə qalma və s. sonsuzluğa səbəb olan digər faktorlardır.

Törəmələr

 Xaya törəmələri və  beyindəki bəzi hormon ifrazına təsir edən törəmələr, həmçinin kimyaterapiya və radioterapiyalar da  sonsuzluğa səbəb olur.

Keçək sonsuzluğun təyini və müalicəsinə

 Sonsuzluq şikayəti ilə gələn xəstələrdən ilk öncə ətraflı anamnez toplanılır. Spermoqramma və skrotal doppler müayinəsi mütləq aparılır. Toplanan anamnezin nəticələrinə əsasən isə həm infeksiya, həm hormon və başqa müayinələr də aparıla bilər. Diaqnoz təsdiq edildikdən sonra müalicə aparılır. Onu unutmayaq ki, sonsuzluğun səbəbkarı təkcə qadınlar deyil.

  Evliliklərdən öncə androloji müayinədən keçməyiniz  problemin vaxtında aşkar edilməsində sizə daha çox köməklik edəcək.

Bloq məqalələri

Bu bölmədə maraqlı və maarifləndirici məlumatlar əldə edə bilərsiniz

Penil protez

Cinsi zəiflik-penisin sərtləşməməsi və ya cinsi əlaqəyə girmədən yumşalmasıdır. Orqanik (altda yatan bir səbəb var)

Daha ətraflı

URS nədir?

URS (uretrorenoskopiya) –sidik kanalına(uretra), sidik axarlarına və böyrəyə ureteroskopla daxil olaraq,daşların parçalanması prosesidir. Əməliyyat anesteziya

Daha ətraflı