Penil protez
Cinsi zəiflik-penisin sərtləşməməsi və ya cinsi əlaqəyə girmədən yumşalmasıdır. Orqanik (altda yatan bir səbəb var)
Dünyada 30-35% kişinin şikayət etdiyi erkən boşalmanın müalicəsi var. Bu faizin ən böyük səbəbi isə kişilərin problemi gizləməsidir.
Erkən boşalma kişilər arasında ən çox rast gəlinən, ancaq müalicə üçün həkimə ən az müraciət edilən mövzudur. Cinsi əlaqəyə girmədən və ya cinsi əlaqənin 1-ci dəqiqəsinə qədər olan boşalmalar erkən boşalma sayılır. Səbəbləri çoxdur. Əvvəllər sadəcə psixoloji səbəb qeyd edilsə də, son zamanlar erkən boşalmanın həm də fizioloji səbəbləri ortaya çıxır. Cinsiyyət üzvünün baş hissəsində həssaslığın yüksək olması, sistemik xəstəliklər, sünnət patologiyaları, hormonal problemlər də erkən boşalmaya səbəb olur. Erkən boşalmaya hər yaşda təsadüf edilir. Xəstə ətraflı müayinə olunduqdan sonra səbəbinə uyğun olaraq müalicəsinə başlanılır.
Erkən boşalmanın müalicəsində kremlər, spreylər, dərmanlar, psixoloji dəstək və dolgulardan istifadə olunur.
Lokal vasitələr
Boşalmağa nəzarət etmək üçün cinsi həyəcanı sakitləşdirmək və normallaşdırmaq lazımdır. Krem və spreylər, lokal anestetiklər (hissiyatın itirilməsi üçün) boşalmanı gecikdirməkdən çox penisin hissiyatını azaltdığı üçün, təmasdan sonra cinsi zövqü azaldır.
Bu lokal anestetiklər cinsi əlaqə zamanı vagina (qadın cinsiyyət orqanı) divarından sorularaq bu toxumaların da həssaslığını azaldır, qadınlarda orqazm olmanı da gecikdirir və bunu adət halına sala bilir. Bu səbəbdən bu tipli sprey və kremlərdən tibbi praktikada diqqətlə istifadəsi məsləhət görülür. Mütləq uroloqun müayinəsi və nəzarəti altında ciddi müalicə olunmalıdır.
Psixoloji müalicə
Erkən boşalma psixoloji vəziyyətdən asılı olduğu halda xəstələrlə ümumi söhbət aparılır və müəyyən tədbirlərin görülməsi məsləhət görülür. Bu problemin həllində hər iki tərəf bir-birinə qarşılıqlı dəstək olmalıdır.
Dərmanlarla müalicə
Bu müalicə özbaşına deyil, mütləq həkimin təyin etdiyi qayda və doza ilə qəbul edilməlidir.
Fizioterapevtik müalicə
Dərmanla yanaşı fizioterapevtik müalicə də daxildir – iynəbatırma, masaj, hirudoterapiya və s.
Erkən boşalmanın dolgu ilə müalicəsi
Son dövr müalicələrindən biri də cinsiyyət üzvünün baş hissəsinə dolgu vurulmasıdır. Bu prosedurlar cərrahi əməliyyat olmadığı üçün və narkoz verilmədiyi üçün cərrahi və narkoz riskləri yoxdur. Həmçinin tez və uzun müddət təsir göstərməsi, günlük prosedur olması ən böyük üstünlüyüdür. Prosedurdan 5-7 gün sonra xəstə cinsi əlaqəyə girə bilər. Boşalma müddəti 2-3 dəfə artır. Bu prosedurların penis cərrahiyyəsi ilə məşğul olan və kifayət qədər cərrahi biliyi olan uroloqlar tərəfindən edilməsi tövsiyə olunur. Bununla siz fəsadsız nəticələr əldə edə bilərsiniz.
Dolğu ilə müalicənin üstünlükləri
Qısa bərpa dövrü;
Travma ehtimalının aşağı olması;
Yan təsirlərin olmaması;
Çapıq və kəsik buraxmaması;
Günlük prosedur olması;
Prosedurun pasiyentlər üçün əlçatan olması.
Bu bölmədə maraqlı və maarifləndirici məlumatlar əldə edə bilərsiniz
Cinsi zəiflik-penisin sərtləşməməsi və ya cinsi əlaqəyə girmədən yumşalmasıdır. Orqanik (altda yatan bir səbəb var)
Penis böyütmə əməliyyatı haqqında yazmamışdan öncə bizə xəstələr tərəfindən ən çox verilən bir neçə sualı
Xayanın öz ətrafında burulması damarların xayanın qan dövranını təmin edə bilmir. Buna xaya burulması və
URS (uretrorenoskopiya) –sidik kanalına(uretra), sidik axarlarına və böyrəyə ureteroskopla daxil olaraq,daşların parçalanması prosesidir. Əməliyyat anesteziya
Sizdən gələn suallar haqqında buradan məlumat əldə edə bilərsiniz. Səhifəmizdə hər dəfə yeni məlumatlar paylaşırıq. Səhifəmizi izləyərək yeniliklərdən xəbərdar ola bilərsiniz.
Dr. Seymur Mehtiyev. Uroloq-androloq. All rights reserved.