Haqqımızda

Seymur Mehtiyev – uroloq-androloq, cərrah.

Uroloq-androloq Dr. Seymur Mehtiyev
Uroloq-androloq Dr. Seymur Mehtiyev

 Azərbaycan Tibb Universitetini müvəffəqiyyətlə bitirən Dr. Seymur Mehtiyev uroloq-androloq ixtisası üzrə çalışdıqdan sonra öz ixtisasını daha da təkmilləşdirmək üçün İstanbul Universitetinin Tibb fakültəsinin Urologiya-Andrologiya kafedrasında fəaliyyət göstərmişdir.

 Türkiyədə bir çox xəstəxana və klinikalarda həm terapevtik, həm də ən yeni üsullarla cərrahi müdaxilələrdə yaxından iştirak etmiş və nailiyyətlər qazanmışdır.

 Avropa Uroloqlar Cəmiyyətinin, Türkiyə Uroloqlar Cəmiyyətinin və Türkiyə Androloqlar Cəmiyyətinin həqiqi üzvü olan Dr. Seymur Mehtiyev İspaniya, Çexiya və Almaniya kimi ölkələrdə keçirilən elmi konfranslarda iştirak etmiş və məruzələr hazırlamışdır. 2012-ci ildə ABŞ-ın Cleveland Universitetində Endourologiya üzrə müşahidəçi olmuşdur.

 Azərbaycan, ingilis, türk, rus dillərini bilir.

 Dr. Seymur Mehtiyev 2011–2014-cü illərdə Avrasiya Hospital-da, 2015–2016-cı illərdə Real Hospital-da uroloq-androloq və baş həkim, 2016–2018-ci illərdə Grand Hospital-da uroloq-androloq vəzifəsində çalışmış, 2019-cu ildən bu günə qədər isə Funda Hospital-da uroloq-androloq və cərrah kimi fəaliyyətini uğurla davam etdirir.

 Dr. Seymur Mehtiyev 2015-ci ildə Fransanın məşhur Medipol Hospitalında böyrək daşlarının Flexible lazerlə müalicəsi kursunda iştirak etmiş, birbaşa canlı böyrək daşı əməliyyatlarını həyata keçirmişdir.

 2017-ci ildə Rusiyanın Moskva və 2018-ci ildə Hollandiyanın Amsterdam şəhərlərində beynəlxalq tibbi konfranslarda iştirak etmiş, Endourologiya üzrə son yenilikləri öyrənmişdir.

 Oper.Dr. Seymur Mehtiyev həmin ilin sentyabr ayında  İstanbulda, Türkiyə Endouroloji dərnəyinin həyata  keçirdiyi “1e1 Yerində Canlı Laparoskopi”  kursunda iştirak etmişdir.

 Laparoskopiyada müasir üsul əməliyyatlarının tətbiqi ilə məşğul olan həkimlərlə birlikdə həyata keçirilən əməliyyatlarda təcrübəsini artıran Seymur Mehtiyev laparoskopik böyrək əməliyyatlarını ölkəmizdə gerçəkləşdirməkdədir.

 2019-cu il may ayında Çexiyanın paytaxtı Praqada “Böyrək daşlarının endoskopik müalicəsi ” kursunda iştirak etmişdir.

 Bu illərdə daima Avropada beynəlxalq konqreslərdə və kurslarda iştirak edir. Qazanılan yeni təcrübəni müvəffəqiyyətlə ölkəmizdə tətbiq etməkdədir.

 2022-ci il iyul ayında Türkiyədə erkən boşalmanın dolğu ilə müalicəsi kursunda iştirak etmişdir. 

 2022-ci il sentyabr ayında penis böyütmə (qalınlaşdırma və uzatma) canlı cərrahiyyə kursunda iştirak etmişdir.

blank

Bloq məqalələri

Bu bölmədə maraqlı və maarifləndirici məlumatlar əldə edə bilərsiniz