Pasientlər
üçün vacib
məlumatlar

Müayinəyə gəldiyiniz zaman

    • Hormon analizləri: ac qarına və səhər saatlarında verilməlidir.
    • Mikroskopik analizlər (yaxma, sidik ümumi, sidiyin əkilməsi və s.): Sidik ifrazından ən azı 3 saat keçməlidir.
    • Spermoqramma: Analizlər 3-7 sutkalıq cinsi pəhrizdən sonra verilməlidir.
    • Uroloji USM: Müayinə zamanı sidik kisəsi dolu olmalıdır.

Məsləhətdir:

      • Əməliyyata gələn xəstələrdən aşağıdakıların nəzərə alınmasını rica edirik:
      • İlk növbədə diaqnozu təsdiq edən tibbi göstərişin olması (şikayətinizə əsasən müayinələr klinikamızda da keçərlidir)
      • Əməliyyatın vaxtının öncədən təyin edilməsi.

 Əməliyyata acqarına (qida və maye qəbul etməmək) gəlmək lazımdır

Pasiyentlər üçün  analizlərin  verilmə qaydaları aşağıdakılardır:

Spermoqramma: 3-7 gün öncədən cinsi əlaqədə olmamaq, spirtli içki və dərman qəbul etməmək. Analiz steril qabda və 1 saat ərzində laboratoriyaya təhvil verilməlidir.

Sidik analizi: ümumi sidik analizi üçün ilk səhər sidiyi istifadə olunur. Sidik ifrazından 2 saat keçdikdən sonra da sidik ifrazını analizə qəbul etmək olar. Sidik yığmazdan əvvəl xarici cinsiyyət üzvləri su ilə yaxşı yuyulmalıdır. Steril qabda 1 saat ərzində laboratoriyaya təhvil verilməlidir.

Yaxma:  minimum 3 saat ərzində sidiyə çıxmamaq, antibiotik qəbul edirsinizsə, 1 həftə öncədən dərman qəbulunu dayandırmalısınız. Spirtli içki qəbul etməmək lazımdır.

Qan analizi üçün lazım olan qaydalar: Əksər hallarda qan acqarına verilir. Bu isə son qida qəbulundan ən azı 8 saat keçməyi deməkdir. Şirə, çay, qəhvə spirtli içki qəbul etməmək lazımdır. Qan analizini vermədən əvvəl rentgen və USM, fizioterapiya prosedurlarından keçmək məsləhət görülmür.